Şükür MehdiyevOjpWw t Uypl34
| Şükür Mehdiyev | |||||||
|---|---|---|---|---|---|---|---|
| | |||||||
|
|||||||
| Baş nazir | Artur Rasizadə (2003—2018) Novruz Məmmədov (2018—) |
||||||
| Prezident | İlham Əliyev | ||||||
|
|
|||||||
| Doğum tarixi | 6 aprel 19596 aprel 1959 | ||||||
| Doğum yeri | Fəxralı, Goranboy, Azərbaycan SSR, SSRİ | ||||||
| Vəfat tarixi | 9 fevral 2019 (59 yaşında) | ||||||
| Vəfat yeri | Gəncə Beynəlxalq Xəstəxanası, Gəncə, Azərbaycan | ||||||
| Vəfat səbəbi | Xəstəliklə əlaqədar | ||||||
| Dəfn yeri |
|
||||||
| Vətəndaşlığı |
|
||||||
| Atası | Nəcvəddin Mehdiyev | ||||||
| Anası | Şövkət Mehdiyeva | ||||||
| Uşaqları | İlkin və Şövkət | ||||||
| Hərbi xidmət | |||||||
| Xidmət illəri | 1985—2019 | ||||||
| Mənsubiyyəti |
|
||||||
| Rütbəsi |
|
||||||
|
|
|||||||
| Təltifləri |
"Əla Xidmətlərə Görə" döş nişanı (2004), "Vətən uğrunda" medalı (2013)[1] |
||||||
Şükür Mehdiyev (6 mart 1959-9 fevral 2019) — "Vətən uğrunda" medalı ilə təltif olunmuş polis polkovniki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini.
Həyatı[redaktə | əsas redaktə]
Şükür Mehdiyev 1959-ci il martın 6-sında Goranboy rayonunun Fəxralı kəndində Nəcvəddin və Şövkət Mehdiyevlərin ailəsində anadan olub. Faxralı kənd orta məktəbini bitirib (1966-1977) və hərbi xidmətə çağrılıb (1977-1979). Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünas ixtisası üzrə qiyabi bitirib (1991-1996). Milis nəfəri kimi Naftalan RDİŞ nəzdində Mühafizə Bölməsində işə başlayıb (1985-1987), 1987-ci ildə N. Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbinə qəbul olub və 1989-cu ildə həmin məktəbi bitirib, təyinatla bir ay müddətində Zəngilan RDİŞ YYÇ işləri üzrə inspektoru işlədikdən sonra, Qasım İsmayılov (indiki Goranboy) RDİŞ YYÇ işləri üzrə inspektoru (1989-1990), RDİŞ-də milis sahə inspektoru (1990-1992), Goranboy RDİŞ-də cinayət axtarış üzrə əməliyyat müvəkkili (1992-1993), Yevlax ŞPŞ-nin Cinayət axtarış bölməsində əməliyyat müvəkkili (1993-1994), Yevlax ŞPŞ-nin Cinayət axtarış bəlməsi rəisi (1994-1996), Gəncə ŞPİ-nin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbəsinin rəisi (1996-1999), Gəncə şəhər Kəpəz RPŞ-nin rəisi (1999-2001), Goranboy RPŞ-nin xidmət üzrə rəis müavini (2001-2003), Şəmkir RPŞ-nin əməliyyat işi üzrə rəis müavini (2003-2005), Qazax RPŞ-nin rəisi (2005-2010) vəzifələrində inamla və qətiyyətlə çalışıb. 2010-cu ilin yanvar ayından 16 aprel 2015-ci il tarixinədək Şəmkir RPŞ-nin rəisi vəzifəsində işləmişdir. 2015-ci ilin 4 may tarixindən ömrünün sonunadək (9 fevral, 2019) Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini vəzifəsində işləmişdir. O, polis polkovniki idi.[2]
İşlədiyi illər ərzində insanların hüquqlarının pozulmasının qarşısını müvəffəqiyyətlə aldığına görə 30 dəfədən artiq dövlət tərəfindən mükafatlandırılmışdır. 2004-cü ildə "Əla Xidmətlərinə Görə" döş nişanı ilə, 1 iyul 2013-cü ildə "Vətən uğrunda" medalı[1] ilə təltif olunub.
Polis Polkovniki Şükür Nəcvəddin oğlu Mehdiyev 2019-ci il fevral ayının 9-da Gəncə Beynəlxalq Xəstəxanasında vəfat etmişdir. Doğulduğu Goranboy rayonunun Fəxralı kəndində Goranboy rayonu İcra Hakimiyyətinin Başçısı və b. dövlət məmurlarının iştirakı ilə böyük izdihamla dəfn edilmişdir.
Ailəsi[redaktə | əsas redaktə]
Şükür Mehdiyev ailəli olub, İlkin adında oğlu və Şövkət adında qız övladı var.
İstinadlar[redaktə | əsas redaktə]
- ↑ 1,0 1,1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- ↑ Vüsal Xoylu, «Unutmayaq ki, unudulmayaq» Faxralı elinin izi ilə (2011), (Səh.52)